849
Bayatılarعزیزیم خسته دوشدوم،ییخیلدیم، خسته دوشدوم.فلکین دوستاغینا،قوللاریم بسته دوشدوم.
Latın əlifbası iləƏzizim, xəstə düşdüm,Yıxıldım, xəstə düşdüm.Fələyin dustağınaQollarım bəstə düşdüm.
Farsca tərcüməعزیزم، بیمار افتادم،زمین خوردم، بیمار افتادم.به زندان فلکبا دستان بسته افتادم.
İngiliscə tərcüməMy dear, I fell ill,I collapsed, I fell ill.Into the prison of FateI fell with my arms bound.